Rusiyanı dünya üçün ən böyük təhdid adlandırdılar

Rusiyanı dünya üçün ən böyük təhdid adlandırdılar

“Rusiya xalqına hörmətimə baxmayaraq...”.

Polşanın müdafiə naziri Antoni Maçereviç Rusiyanın qərb üçün doğurduğu təhdidlərdən yenidən danışıb. 

Bu barədə Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir. 

Maçereviçin sözlərinə görə, Rusiyanın qərb ölkələrindən “fərqliliyi” Moskvaya qarşı strategiyada sistematik təkrarlanan səhvlərə yol açır.

“Rusiya xalqına hörmətimə baxmayaraq... Bu, Rusiyanın dünyanın təhlükəsizliyi üçün ən böyük təhdid olma faktını aradan qaldırmır”, - PAP informasiya agentliyi nazirin Brüsseldə dediyi sözləri sitat gətirib. 

Polşalı siyasətçinin sözlərinə görə, NATO-nun şərq cinahda iştirakının genişləndirilməsi və alyansın iyulun əvvəlində Varşavada keçiriləcək sammiti “NATO-nun inkişafında tarixi mərhələdir və onun quruluşunu dəyişir”.

Polşanın müdafiə naziri Rusiya əleyhinə bəyanatları ilə dəfələrlə diqqət mərkəzində olub. Belə ki, iyunun əvvəlində o, alyansın bir batalyonunun “Rusiyanın qarşısını almağa” qadir olduğunu söyləmişdi. 

0
18