Türkiyəli hakim Avropa Çempionatında ən yüksək bal aldı

Türkiyəli hakim Avropa Çempionatında ən yüksək bal aldı

Fransada keçirilən Futbol üzrə Avropa Çempionatının qrup mərhələsinin ilk oyunlarını idarə edən hakimlərin qiymətləri açıqlanıb. Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, Portuqaliya-İslandiya oyununu idarə edən türkiyəli hakim Cüneyt Çakır 8,5 xalla bütün rəqiblərini qabaqlayıb.

Sürətli keçən oyun ərzində qətiyyətli qərarları ilə oyunu nəzarətdə saxlayan və nəticəyə təsir edə biləcək hər hansı yanlış qərar verməyən Cüneyt Çakır yarışın finalını idarə etməyə ən real namizəd hesab edilir.

Qeyd edək ki, Cüneyt Çakırın Portuqaliyanın İslandiya ilə oyununda sərt futbolu ilə seçilən Pepenin rəqibə qarşı etdiyi hərəkətdən sonra sürətlə qaçaraq olay yerinə gəlməsi və sərt üz ifadəsi ilə Pepeyə əsəbiləşməsi Avropa mediasının nəzərindən qaçmamışdı.

0
11