Azərbaycanda biznesmen öldürüldü

Azərbaycanda biznesmen öldürüldü

Məmmədov ticarət mallarının topdansatışı ilə məşğul olub.

Xaçmaz rayonunda qətl hadisəsi baş verib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, Xaçmaz şəhər Mirzə Fətəli Axundov küçəsində yaşayan 1963-cü il təvəllüdlü Məmmədov İlqar Rüstəm oğlu yaşadığı evdə qətlə yetirilib.

Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları çalışır.

İ.Məmmədov ticarət mallarının topdansatışı ilə məşğul olub.

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

0
10