>Kristina Zamir: Mən öz xalqımı, öz ölkəmi sevirəm

>Kristina Zamir: Mən öz xalqımı, öz ölkəmi sevirəm

“Vətənpərvərlik vətən üçün gözəl sözlər söyləməklə bitmir”.

Bir müddət öncə Oxu.Az saytında Azərbaycan modeli Kristina Zamirin Dubaydan, “Miss SSSR” gözəllik müsabiqəsindən qayıdarkən özünün “Facebook” profilində azərbaycanlılarla bağlı paylaşdığı statusu yerləşdirilmişdi.

Xatırladaq ki, model həmin statusunda aşağıdakıları yazmışdı: 

“İlahi, ayağım Bakı torpağına dəyməmiş, mən “öz xalqımızın” bütün gözəlliklərini hiss edə bildim. Bizim ölkəmiz hər il daha da Avropalaşır, bəziləri isə elə qoyun gəlib, qoyun gedəcəklər... “Alya şanel” və “adidas krossovkalara” və üzdəki bir ton kosmetikaya baxmayaraq... Elə bil təyyarədə deyillər, bazardakı kimi qışqırırlar, elə bil ətlərini kəsirlər... Elə istədim ki, qayıtmayam... Mən bütün bunlara yadırğamışam”.

Modelin bu sözləri cəmiyyət tərəfindən birmənalı qarşılanmadı və Kristi Zamir çoxsaylı tənqidlərlə üzləşməli oldu.

Lakin gənc qadın hesab edir ki, onu düzgün başa düşməyiblər.

Model saytımıza müraciət edərək paylaşdığı statusa izahat verməyə çalışıb. Həmin məktubu diqqətinizə çatdırırıq:

“12 iyun 2016-cı il tarixində saytınızda dərc olunan yazıya cavab olaraq bildirmək istəyirəm ki, 21 may 2016-cı il tarixində Birləşmiş Ərəb Əmirliyində “Queen of USSR 2016” gözəllik müsabiqəsində Azərbaycan Respublikasını qürurla təmsil edərək “Miss Sharm” və “Miss Charisma” tituluna layiq görülmüşəm. 

Mənim “Facebook” səhifəmdəki digər paylaşmalara nəzər yetirsək, mən öz xalqımı, öz ölkəmi necə sevdiyimi və “bakılı” olmağımla fəxr etdiyimi görərik. Mənim və ailəmin Bakı şəhərində doğulması və yaşaması barədə sənədlər də təqdim edə bilərəm. Lakin KİV nümayəndələri sensasiya və reytinq naminə mənim fikrimi və sözlərimi başqa cür yozmuşdular. 

Belə ki, KİV nümayəndələri “Bəziləri” sözünü qeyd etməyərək mənim fikrimi kobud yozmuş və düzgün anlaşılmamışdır. Lakin mənim söylədiyim fikir bütün xalqa deyil, millətə deyil, Hava Limanında növbə gözləmək mədəniyyətini pozan, ictimai yerdə yüksək səslə səslənən individual insanlara aid idi. Yenə də vurğulamaq istəyirəm ki, mən heç bir xalq haqqında və ən əsası öz xalqım haqqında bü cür fikirlər söyləməmişəm. 

“Queen of USSR 2016” yarışmasının finalında çıxış etdiyim rəqs nömrəsi ilə iştirakçılara ölkəmizdə olan müharibə şəraitindən və gənc qızın öz sevgilisini müharibəyə yola salması” haqda danışmışam. Vətənpərvərlik vətən üçün gözəl sözlər söyləməklə bitmir. Bu, mənim Vətən qarşısında heç bir xidmətimin olmamasından yazanların məni tanımadıqlarından xəbər verir. 

Əlavə olaraq bildirirəm ki, sözügedən yazılar əhalidə əsassız ajiotajın yaradılması, eləcə də işgüzar nüfuzuma xələl yetirmək xarakteri daşıyır. Yuxarıda qeyd olunanları nəzərə alaraq heç bir hüquqi əsası olmayan yazının təkzib olunmasını, mənim təkzibimi olduğu kimi dərc edilməsini Sizdən xahiş edirəm”.

0
78