Aygün Kazımova “Orasına-burasına”nı təqdim etdi – FOTO + AUDİO

Aygün Kazımova “Orasına-burasına”nı təqdim etdi – FOTO + AUDİO

Mahnının söz və musiqisi Ceyhun Əliyevə aiddir.

Xalq artisti Aygün Kazımova uzun müddətdir gözlənilən “Orasına-burasına” adlı yeni mahnısını təqdim edib.

Oxu.Az-a açıqlama verən müğənni mahnının söz və musiqisinin Ceyhun Əliyevə aid olduğunu bildirib.

Aranjimanı Rəşad Hüseynova, miks-masteri isə Yaşar Baxışa aiddir. 

Xatırladaq ki, Aygün Kazımova bir müddət əvvəl adıçəkilən mahnı üçün fotoqraf Kamran Aydınovun kamerası qarşısına keçərək fərqli fotosessiya etdirib.

Fotosessiyada Aygün Kazımovanın stilinin üzərində isə uzun illərdir əməkdaşlıq etdiyi, çoxsaylı layihələrində, konsert, klip və fotosessiyalarında baş stilist olaraq çalışan Ruxa işləyib. 

0
23