AVRO-2016: Fransa 1/8 finala vəsiqə qazandı – VİDEO

AVRO-2016: Fransa 1/8 finala vəsiqə qazandı – VİDEO

Qollar matçın son dəqiqələrində vurulub.

İyunun 15-də AVRO-2016 qrup mərhələsində II turun oyunlarına start verilib.

Oxu.Az xəbər verir ki, günün son qarşılaşması Fransa və Albaniya (“A” qrupu) arasında olub.

Fransalılar rəqiblərini 2:0 hesabı ilə məğlub ediblər. 

Beləliklə, 6 xal qazanan fransızlar vaxtından əvvəl turnirin növbəti mərhələsinə yüksəliblər.

Avropa çempionatı
Qrup mərhələsi, II tur
15 iyun

A qrupu

Fransa – Albaniya - 2:0
Qol: Qrizman, 90, Paye, 90+5

0
21