Səhrada 34 miqrantın meyiti tapıldı

Səhrada 34 miqrantın meyiti tapıldı

Nigerdə Sahara səhrasında 34 miqrantın meyiti aşkarlanıb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, onlardan 5-i kişi, 9-u qadın, 20-si isə uşaqlardır.

Məlumata görə, miqrantlar Nigerin şimalındakı Aqades şəhərinə keçməklə Sahara səhrasından Liviyaya, oradan isə Avropaya üz tutur.

Beynəlxalq miqrasiya təşkilatının hesablamalarına əsasən, ötən il Aqades şəhərindən Liviyaya 120 min nəfər keçməyə cəhd edib, onlardan 37-si səhrada ölüb.

0
23