Azarkeşlər arasında toqquşma: 16 yaralı

Azarkeşlər arasında toqquşma: 16 yaralı

Fransanın Lill şəhərində futbol azarkeşləri arasında baş verən toqquşmalar nəticəsində 16 nəfər xəsarət alaraq xəstəxanalara yerləşdirilib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə yerli prefekturanın məlumatında bildirilir.

Ümumilikdə gün ərzində 50 nəfərə tibbi yardım göstərilib. Ötən gün futbol üzrə Avropa çempionatı çərçivəsində Lilldə keçirilmiş Rusiya-Slovakiya oyunundan sonra 17 nəfər xəsarət alıb, onlardan 6-sı xəstəxanaya yerləşdirilib. Matç başa çatandan dərhal sonra şəhərin müxtəlif bölgələrində toqquşmalar qeydə alınıb.

Son məlumatlara əsasən, Lilldə son sutka ərzində saxlanılanların sayı 36 nəfərə çatıb.

0
23