Çində şiddətli yağışlar ölümlərə səbəb oldu

Çində şiddətli yağışlar ölümlərə səbəb oldu

Çinin cənub bölgəsində yağan şiddətli yağışlar nəticəsində 13 nəfər həlak olub, daha 13  nəfər isə itkin düşmüş hesab olunur.

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, Lun Huey dairəsində daşqınlar nəticəsində 530 ev dağılıb, 12 min nəfər təxliyə edilib.

Çuçjou şəhərində su anbarı daşıb, yerli sakinlərin evakuasiyası davam etdirilir. Ölkənin cənub bölgəsində şiddətli yağıntılar səngimək bilmir. Zərərçəkən rayonlara çadırlar, içməli su, müxtəlif ləvazimatlar göndərilir.

0
19