Avtobus çaya düşdü, 9 məktəbli öldü

Avtobus çaya düşdü, 9 məktəbli öldü

Ekvadorda məktəbliləri daşıyan avtobus çaya düşüb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 9 məktəbli və avtobusun sürücüsü ölüb.

İnsident Napo əyalətində qeydə alınıb. Avtobusun körpüdən keçərkən naməlum səbəbdən çaya düşdüyü bildirilir. Hadisə ilə əlaqədar əyalətin Çako munisipiyasında üç günlük matəm elan olunub.

0
22