Brazilıiya yığmasının yeni baş məşqçisi bəlli oldu

Brazilıiya yığmasının yeni baş məşqçisi bəlli oldu

“Korintians” klubuna rəhbərlik edən Tite (Adenor Leonardo Bakki) Braziliya yığmasının yeni baş məşqçisi təyin edilib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu “Korintians”-ın prezidenti Roberto de Andrade bəyan edib.

Braziliya yığması Amerika Kubokunda pley-off mərhələsinə çıxa bilmədikdən sonra baş məşqçi Dunqa vəzifəsindən azad edilib.

“Korintians” klubu Titenin rəhbərliyi ilə 2011-ci və 2015-ci illərdə Braziliya çempionu, 2012-ci ildə Libertadores Kubokunu qazanıb və klublararası dünya çempionatının qalibi olub.

0
22