AVRO-2016: Fransa 1/8 finalda!

AVRO-2016:  Fransa 1/8 finalda!

İyunun 15-də AVRO-2016 qrup mərhələsində II turun oyunlarına start verilib.

APA-ın məlumatına görə, günün son qarşılaşması Fransa və Albaniya (“A” qrupu) arasında olub.

Fransalılar rəqiblərini 2:0 hesabı ilə məğlub ediblər. Qolları matçın son dəqiqələrində Antuan Qrizman (90 dəq.) və Dmitri Paye (90+5) vurub.

Beləliklə, iki oyundan sonra 6 xal qazanan fransızlar vaxtından əvvəl turnirin növbəti mərhələsinə yüksəliblər.

Avropa çempionatı

Qrup mərhələsi, II tur

15 iyun

A qrupu

Fransa – Albaniya - 2:0

Qol: Qrizman, 90, Paye, 90+5

0
36