Tanınmış aparıcı ANS-dən getdi

Tanınmış aparıcı ANS-dən getdi

"Struktur dəyişikliyi ilə razılaşmadım".

ANS telekanalı daha bir əməkdaşı ilə yollarını ayırıb.

Oxu.Az xəbər verir ki, Ölkə.az-ın əldə etdiyi məlumata görə, Kəmalə Əlisgəndərqızı birinci gündən öz istəyi ilə işdən çıxıb.

Bu barədə danışan xanım jurnalist durumu belə izah edib:

"Struktur dəyişikliyi ilə razılaşmadım və öz ərizəmlə işimdən ayrıldım. Bir neçə yerdən təklif almışam. Aralarında jurnalistikaya aid olmayanı da var. Hələlik düşünürəm".

Xatırladaq ki, K.Əlisgəndərqızı uzun müddət "İç xəbər", "Xəbərçi" və digər proqramların aparıcısı, həmçinin layihə rəhbəri olub.

0
25