Rumıniya İsveçrə ilə heç-heçə etdi

Rumıniya İsveçrə ilə heç-heçə etdi

Matçda hesabı 18 dəqiqədə Rumıniya futbolçusu Boqdan Stanku açıb.

Bu gün futbol üzrə Avropa çempionatının A qrupunda Rumıniya və İsveçrə komandaları arasındakı oyun keçirilib.

Oxu.Az xəbər verir ki, matçda hesabı 18 dəqiqədə Rumıniya futbolçusu Boqdan Stanku açıb.

O, penaltini dəqiq yerinə yetirib.

Birinci hissə elə bu hesabla da başa çatıb. 57-ci dəqiqədə isə Admir Mehmedi İsveçrənin bərabərlik qolunu vurub - 1:1.

Görüş elə bu hesabla da başa çatıb.

0
28