Şabranda faciə: Gənc oğlan göldə boğuldu

Şabranda faciə: Gənc oğlan göldə boğuldu

Hadisə rayonun Dağ Bilici kəndində qeydə alınıb.

Şabran rayonunda 22 yaşlı gənc göldə boğulub.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Dağ Bilici kəndində qeydə alınıb.

Kənd sakini 1994-cü il təvəllüdlü Aslanov Pərviz Şahin oğlu göldə batıb.

Faktla bağlı Şabran rayon Prokurorluğunda araşdırma aparılır.

0
22