Qahirədə dəhşətli qəza: 7 ölü, 22 yaralı

Qahirədə dəhşətli qəza: 7 ölü, 22 yaralı

Misirin paytaxtı Qahirədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, qəza nəticəsində 7 nəfər ölüb, 22 nəfər xəsarət alıb.

Məlumata əsasən, şəhər yaxınlığındakı avtomagistralda qoşqulu yük maşını idarəetməni itirərək iki mikroavtobus və minik avtomobili ilə toqquşub. Qəzanın səbəbkarı tutulub.

0
12