Ukrayna itkilərini açıqladı

Ukrayna itkilərini açıqladı

Ukraynanın şərqində münaqişə zonasında ilin əvvəlindən 623 hərbi qulluqçu həlak olub.

APA-nın UNN-ə istinadən verdiyi məlumata görə, bunu Ukrayna müdafiə naziri Stepan Poltorak bəyan edib.

“Bu il ordudakı itkilərimiz 623 nəfər təşkil edib”, deyə S.Poltorak bildirib.

BMT-nin hesablamalarına görə isə, Donbasda münaqişə başlanandan 9,3 min nəfər həyatını itirib.

0
18