AÇ 2016: Rusiya yığması Slovakiyaya uduzdu

AÇ 2016: Rusiya yığması Slovakiyaya uduzdu

Bu gün Avropa çempionatında ikinci tura start verilib. Lent.az-ın məlumatına görə, ilk olaraq meydana Rusiya və Slovakiya milliləri çıxıb. Oyunun birinci hissəsində əks hücumlardan effektli istifadə edən Slovakiya futbolçuları Vays və Hamşikin qolları ilə 2:0 önə keçib. Rusiya millisinin oyunçuları çox çalışsa da, qolu 80-ci dəqiqədə vurmağı bacarıblar. Meydana sonradan daxil olan Denis Qluşakov 80-ci dəqiqədə fərqi azaldıb.

Rusiya yığmasının sonrakı təzyiqləri nəticə verməyib və Slovakiya turnirdə ilk qələbəsini qazanıb.

0
18