Rusiya yığması Slovakiyaya məğlub oldu

Rusiya yığması Slovakiyaya məğlub oldu

Qarşılaşma 2:1 hesabı ilə yekunlaşıb.

Fransada keçirilən futbol üzrə Avropa çempionatında ikinci turun ilk oyunu keçirilib. 

Oxu.Az xəbər verir ki, Lill şəhərinin “Pyer Moura” stadionunda Rusiya yığması 1:2 hesabı ilə Slovakiya millisinə uduzub.

Hesabı 32-ci dəqiqədə Vladimir Vayss açıb. İlk hissənin sonuncu dəqiqəsində Marek Hamşik Slovakiyanın üstünlüyünü iki topa çatdırıb.

Rusiya yığması hesab arasındakı fərqi 80-ci dəqiqədə Denis Qluşakovun vurduğu qolla azalda bilib. Lakin Leonid Slutskinin yetirmələrinin bundan artığına gücü çatmayıb.

İki oyundan sonra hesabında 1 xalı olan Rusiya yığması qrupda sonuncu yerdə qərarlaşıb.

0
16