Fransanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırılıb

Fransanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırılıb

Slovakiya ilə oyunu izləmək üçün Marseldən Lillə gedən ruiyalı azarkeşlərin olduğu avtobusu saxlanılıb.

Fransanın Rusiyadakı səfiri Jan-Moris Riper Marseldə rusiyalı futbol azarkeşlərinin saxlanılması ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb, Oxu.Az Report-a istinadən xəbər verir. 

Xarici İşlər Nazirliyinin məlumatında vurğulanır ki, Avro-2016-da Rusiya yığması ətrafında mənfi əhval-ruhiyyənin gərginləşməsi Rusiya-Fransa münasibətlərinə pis təsir edə bilər.

Qeyd edək ki, iyunun 14-də Kann yaxınlığında fransız xüsusi təyinatlı dəstəsi Slovakiya ilə oyunu izləmək üçün Marseldən Lillə gedən ruiyalı azarkeşlərin olduğu avtobusu saxlayıb. Fransa tərəfinin yaydığı məlumata görə, avtobusda 43 nəfər olub.  

0
22