Ağsu dolaylarında hərəkət tam bərpa edilib

Ağsu dolaylarında hərəkət tam bərpa edilib

Yol yenidən sürücülərin istifadəsinə verilib.

Ağsu dolaylarında hərəkət tam bərpa olunub.

Oxu.Az xəbər verir ki, bu barədə “Azəravtoyol” ASC-nin mətbuat xidməti məlumat yayıb.  

Qurumdan bildirilib ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 143-157-ci kilometrlik hissəsi yenidən sürücülərin istifadəsinə verilib. 

Qeyd edək ki, ötən ay Bakı-Şamaxı-Yevlax avtomobil yolunun qeyd edilən hissəsində təmiri işlərinə başlanılmışdı. Uzun müddət təmir olunmadığından və intensiv hərəkət nəticəsində yolun asfalt-beton örtüyü qabarmışdı və dağılmış hissələr yaranmışdı. 

Bunu aradan qaldırmaq üçün təmir işləri zamanı asfalt-beton örtüyünün üst qatı frezlənərək ərazidən daşınıb. Əvəzinə isə yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilib. Ümumilikdə yolun 80 min kv. metrdən çox ərazisi asfaltlanıb. Bu işlərə paralel olaraq yol boyu çiyinlərin bərkidilməsi və küvetlərin təmizlənməsi işləri də aparılırıb.

0
26