"Fənərbaxça" yeni hücumçu alır

"Fənərbaxça" yeni hücumçu alır

Türkiyənin "Fənərbaxça" klubu heyətinə yeni futbolçu qatmağa hazırlaşır. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, "sarı-lacivərtlilər" hücum xəttini gücləndirəcəklər.

İstanbul təmsilçisi "Roma"nın hücumçusu Seydu Dumbiya ilə danışıq aparır. Tərəflər arasında ilkin razılığın əldə olunduğu bildirilir. Bununla belə, Fil Dişi Sahilindən olan forvardın "Fənərbaxça"ya birdəfəlik, ya icarə əsasında keçəcəyi hələ məlum deyil.

Qeyd edək ki, 2015-ci ildən "Roma"nın formasını geyinən Dumbiya daha çox Moskva MOİK-indəki çıxışı ilə tanınıb.

0
14