“Pirelli”: “Formula-1” zamanı isti hava problem yarada bilər

“Pirelli”: “Formula-1” zamanı isti hava problem yarada bilər

“Mütləq yoxlamalar aparmaq lazımdır”.

“Pirelli” şirkətinin avtoidman bölməsinin rəhbəri Pol Hembri Bakıda keçiriləcək “Formula-1” yarışları zamanı təkərlərin sıradan çıxa biləcəyinə dair narahatlığını ifadə edib.

Oxu.Az motorsport.com-a istinadən xəbər verir ki, Pol Hembri bunun səbəbini Bakı trasının ekstremal-uzun düz hissəsi və İçərişəhərin Qoşa Qala qapısı istiqamətində üzərinə müvəqqəti asfalt döşənmiş daş yolla bağlı olduğunu deyib. O bildirib ki, trasın həmin hissəsində təkərlərə həddən artıq yük düşəcək, bu da onların zədələnməsinə səbəb ola bilər.

“Pirelli” komandasının rəhbəri qeyd edib ki, yarışların keçiriləcəyi zaman havaların isti olacağı proqnozlaşdırılır.

“Bakıda asfalt örtüyü isti günəş şüalarının təsiri altında gözləniləndən daha tez sıradan çıxa bilər. Mütləq yoxlamalar aparmaq lazımdır. Əgər müvəqqəti asfalt örtüyü dağılmağa başlasa, bu ciddi problem olacaq” - Pol Hembri deyib.

0
23