Rio-2016-nın medalları təqdim olundu - FOTOSESSİYA

Rio-2016-nın medalları təqdim olundu - FOTOSESSİYA

Avqustun 5-dən 21-dək Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarının medalları ictimaiyyətə təqdim edilib. Apasport.az saytının məlumatına görə, mükafatların təqdimatı yarışın startına 52 gün qalmış Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın da iştirak etdiyi mətbuat konfransında olub.

Təşkilat Komitəsi açıqlayıb ki, Olimpiada üçün ümumilikdə 2488 medal hazırlanıb. Onlardan 812-si qızıl və eyni sayda gümüş, 864-ü bürünc mükafatlardı. Medalların hər birinin çəkisi 500 qramdı.

Qızıl mükafatların tərkibinə hər hansı maddə, hətta civə də qatılmayıb. Ondan fərqli, gümüş və bürünc mükafatların hazırlanmasında 30 faiz təkrar emal materiallardan istifadə olunub.

0
24