Bakıda polis əməkdaşı xidməti avtomobillə qəzaya düşdü

Bakıda polis əməkdaşı xidməti avtomobillə qəzaya düşdü

Faktla bağlı araşdırma aparılır.

Polis əməkdaşı Bakıda qəza törədib.

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə Nizami rayonu, Babək prospekti 75 ünvanında qeydə alınıb. 

Polis serjantı, 1993-cü il təvəllüdlü Rahib Rövşən oğlu Əfəndiyevin idarə etdiyi “Hyundai İX-35” markalı xidməti avtomobil Cəlilabad rayon sakini, 1989-cu il təvəllüdlü Həmid Musa oğlu Musayevin idarə etdiyi “Mercedes” markalı maşınla toqquşub. 

Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

0
16