Kriştianu Ronaldo əfsanəyə çatdı

Kriştianu Ronaldo əfsanəyə çatdı

Avro-2016-nın qrup mərhələsində İslandiya ilə oyun Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldo üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, komandasının kapitanı 1:1 hesabı ilə başa çatan qarşılaşmada 127-ci dəfə yığmasının şərəfini qoruyub.

O, bununla da Portuqaliya millisinin əfsanəsi Luiş Fiqunun rekordunu təkrarlayıb. Ronaldo iyunun 18-də Avstriya ilə görüşə çıxacağı halda isə, mütləq rekorda sahib olacaq.

Qeyd edək ki, Ronaldo yığmasının heyətində 58 qola sevinib.

0
16