İngilis azarkeşlər Rusiya bayrağını təyqir etdilər

İngilis azarkeşlər Rusiya bayrağını təyqir etdilər

Avro-2016 çərçivəsində Rusiya-Slovakiya matçının keçiriləcəyi Fransanın Lil şəhərində britaniyalı futbol azarkeşləri təxribata əl atıblar. Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, britaniyalı azarkeşlər rusiyalı futbol fanatlarını davaya təhrik etmək məqsədilə Rusiya bayrağını tapdalayıblar.

Kadrlardan aydın görünür ki, ərazidə olan polis əməkdaşları təxribatın qarşısını almaq üçün ingilis fanatlara qarşı heç bir tədbir görmür.

Videoda  həmçinin britaniyalı fanatların yerli imkansız uşaqlara xırda pul atması, onları ələ salması, biri-biri ilə dalaşdırması, sərxoş fanatların  uşaqların pul üstündə dalaşmasından həzz aldıqları aydın əks olunub.  

0
18