MDB müdafiə nazirləri Hava-Kosmik Müdafiəsi Konsepsiyasını müzakirə edəcəklər

MDB müdafiə nazirləri Hava-Kosmik Müdafiəsi Konsepsiyasını müzakirə edəcəklər

MDB Müdafiə Nazirləri Şurası iyunun 15-də Moskvada keçiriləcək iclasda 2017-ci il üçün birgə fəaliyyət planını və hava-kosmik müdafiəsinin birgə konsepsiyasını müzakirə edəcək.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

MDB Müdafiə Nazirləri Şurasının 70-ci yubiley iclasında həmçinin 2020-ci ilədək dövrü əhatə edən Hərbi Əməkdaşlıq Konsepsiyasının icrası, MDB ölkələrinin hərbi qurumlarının birgə fəaliyyətlərinin perspektiv istiqamətləri nəzərdən keçiriləcək.   

İclasın yekununda hərbi təyinatlı birgə sistemlərin fəaliyyətinə, birgə Havadan Müdafiə Sisteminin inkişafı, dövlət sirrinin qorunması üzrə xidmətlərin qarşılıqlı əməkdaşlığı, radiasiya, kimyəvi və bioloji şəraitə nəzarət və qiymətləndirmə sahələrinə dair məsələlər üzrə qərarların verilməsi gözlənilir.   

Tədbir çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub. Görüşlərdə hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığa dair aktual məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov tədbirdə edəcək.

0
11