Türkiyə millisində iki şok birdən

Türkiyə millisində iki şok birdən Türkiyə millisi ciddi itkilərlə üzləşib.    ANS PRESS-in məlumatına görə, Avropa çempionatında iştirak edən "ay-ulduzlular" Gökhan Gönül və Mehmet Topalın xidmətindən məhrum olub. Hər iki futbolçunun İspaniya matçından kənarda qalacağı bildirilir.    "Avro-2016"nın D qrupu çərçivəsində keçiriləcək İspaniya - Türkiyə matçının hakimləri açıqlanıb. Sözügedən qarşılaşmanı Serbiyadan olan Molorad Maziç idarə edəcək. Ona bu işdə yan xətt hakimləri kimi Milovan Ristiç, Dalibor Corcyeviç kömək edəcək. Əlavə köməkçi hakimlər isə Danilo Qrujiç, Nenad Cokiçdir. Dördüncü hakim funksiyasını isə Belarusdan olan Aleksey Kulbakov yerinə yetirəcək.   İspaniya - Türkiyə oyunu iyunun 17-də Bakı vaxtı ilə 23:00-da start götürəcək. D qrupunda qərarlaşan Türkiyə millisi Xorvatiya, Çexiya və İspaniya yığmaları ilə mübarizə aparacaq. Türkiyənin turnirdə ilk oyununda Xorvatiya millisinə minimal hesabla uduzub. Xorvatların yeganə qoluna Luka Modriç imza atıb. Fransada keçirilən Avropa çempionatı iyun ayının 10-dan iyulun 10-dək davam edəcək.
0
30