Pentaqon Əl-Bağdadinin öldürüldüyünü təsdiqləmir

Pentaqon Əl-Bağdadinin öldürüldüyünü təsdiqləmir

ABŞ Müdafiə Nazirliyi IŞİD terror qruplaşmasının lideri Əbu Bəkr Əl-Bağdadinin öldürüldüyü xəbərini təsdiq edə bilmir. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bunu Pentaqonun rəsmi nümayəndəsi mayor Edrian Renkayn-Gellouey bildirib.

“Bunun doğru hesab etmək üçün əsasımız yoxdur”, - deyə o Əl-Bağdadinin öldürüldüyü xəbərini şərh edərkən bildirib.   

Qeyd edək ki, bundan əvvəl bir sıra ərəb mənbələri Əl-Bağdadinin iyunun 10-da Rakka şəhəri yaxınlığında öldürüldüyü xəbərini yayıb.

0
24