NATO batalyonlarını Baltikyanı ölkələrdə yerləşdirəcək

NATO batalyonlarını Baltikyanı ölkələrdə yerləşdirəcək

NATO-ya üzv olan ölkələrin müdafiə nazirləri Latviya, Litva, Estoniya və Polşada hər birisində  bir batalyon olmaqla Alyans hərbçilərinin rotasiya əsasında yerləşdirilməsinə dair razılığa gəliblər.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq Alyansa üzv olan ölkələrin müdafiə nazirlərinin iclasından sonra bildirib.

Stoltenberq bundan əvvəl iclasda NATO-nun qonşu və tərəfdaş ölkələrə dəstək verilməsi məsələsinin müzakirə ediləcəyini bildirmişdi.

0
28