Portuqaliya millisi İslandiya ilə bacarmadı - VİDEO

Portuqaliya millisi İslandiya ilə bacarmadı - VİDEO

Birkir Bjarnason islandiyalıların Avropa çempionatlarında ilk qolunu vurub.

Fransada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsində ilk dövrəyə yekun vurulub.

Oxu.Az xəbər verir ki, ilk dövrənin son qrup oyununda “F” qrupunda yer alan Portuqaliya və İslandiya yığmaları 1:1 hesablı heç-heçə oynayıblar.

Hesabı 31-ci dəqiqədə Nani açıb. 50-ci dəqiqədə Birkir Bjarnason vurduğu qolla hesabda tarazlıq yaradıb. Bu islandiyalılar üçün fütbol üzrə Avropa və Dünya çempionatlarında ilk qol olub.

Xatırladaq ki, “F” qrupun ilk oyununda, Macarıstan millisi Avstriya yığmasını 2:0 hesabı ilə məğlub etmişdi.

0
30