ABŞ-ın hərbi büdcəsi 602 mlrd. dollar nəzərdə tutulur

ABŞ-ın hərbi büdcəsi 602 mlrd. dollar nəzərdə tutulur

ABŞ Konqresinin Senatı ötən gün Müdafiə Nazirliyinin 2017-ci maliyyə ili üçün   602 mlrd. dollar həcmində olan büdcə layihəsini qəbul edib.  APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, sənəd 85 senator tərəfindən dəstəklənib, 13 nəfər isə əleyhinə səs verib.

Yuxarı Palatanın bu qərarına baxmayaraq, qeyd olunan sənəd Konqresin Nümayəndələr Palatası tərəfindən daha əvvəl qəbul olunmuş sənədin digər versiyası ilə razılaşdırılmalıdır və bundan sonra prezident tərəfindən imzalanmalıdır.

Ötən il bu proses bir aydan çox əvvəl davam edib.

0
17