AÇ-2016: Keçmiş ingilis futbolçusu rus azarkeşlərini heyvan adlandırdı

AÇ-2016: Keçmiş ingilis futbolçusu rus azarkeşlərini heyvan adlandırdı

Keçmiş ingilis futbolçu Qari Lineker Avropa çempionatının gedişində Fransada iğtişaş yaradan rus azarkeşləri təhqir edib. Apasport.az saytının məlumatına görə, hazırda BBC-də idman şərhçisi kimi fəaliyyət göstərən Lineker bunu şəxsi tvitter səhifəsində yazıb.

Marseldə baş verən kütləvi dava-dalaşdan sonra UEFA tərəfindən ciddi xəbərdarlıq alan ruslara əgər bir də bu cür hərəkətlərə yol versələr, milli komandalarını birincilikdən qovmaqla hədələyib.

Bu barədə paylaşım edən Lineker “Ümid edirəm ki, UEFA-nın qərarı bu heyvanları bir az sakitləşdirər” deyib.

0
20