İranda 5 terrorçu öldürüldü

İranda 5 terrorçu öldürüldü

İran polisi Xaş şəhəri yaxınlığında atışma zamanı 5 terrorçunu məhv edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, məhv edilən terrorçuların üzərindən 150 kq partlayıcı maddə və xeyli silah-sursat götürülüb.     

Polisin məlumatına görə, silahlı qup 6 nəfərdən ibarət olub, onlardan beşi atışma zamanı  öldürülüb, bir nəfər qaçıb.

Zərərsizləşdirilmiş qrup müqəddəs Ramazan ayında İran ərazisində silsilə terror aktları törətməyi planlaşdırıb.

Atışma zamanı bir polis əməkdaşı həlak olub, bir mülki şəxs yaralanıb.

0
16