Liberiya millisinin üzvü “Qəbələ”də!

Liberiya millisinin üzvü “Qəbələ”də!

“Qəbələ” yeni oyunçu transfer edib. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” uzun müddət qardaş ölkə klublarında forma geyinmiş liberiyalı Teo Uiks Luislə anlaşıb.

Bu barədə xəbəri oyunçunun meneceri Tekin Birinci öz feysbuk səhifəsində paylaşıb.

Onunla bir illik müqavilə imzalanıb.

Qeyd edək ki, 2008-ci ildən 2013-cü ilə qədər Türkiyənin müxtəlif komandalarında çıxış etmiş Uiks “Ankaragücü”, “Ankaraspor”, “Rizəspor” və “Göztəpə” klublarında oynayıb.

26 yaşlı yarımmüdafiəçi Portuqaliya birinciliyində “Maritimu”da da forma geyinməyə imkan tapıb. Onun son klubu isə Kiprin “Ermis Aradipu” klubu olub.

Teo Liberiya milli komandası ilə 19 oyuna çıxıb və 1 qol vurub.

0
17