Ramazan ayının doqquzuncu gününün duası və təqvimi

Ramazan ayının doqquzuncu gününün duası və təqvimi

“İlahi, bu ayda mənə Öz geniş mərhəmətindən pay ver”.

Oxu.Az müqəddəs Ramazan ayının 9-cu gününün təqvimi və duasını təqdim edir. 

09 ramazan 1436 – 15 iyun 2015

İmsaq: 03:08
İftar: 20:31

9-cu günün duası: 

Allahumməc-əl li fihi nəsibən min rəhmətikəl-vasiə. Vəhdini fihi libərahinikəs-satiə. Və xuz binasiyəti ila mərzatikəl-camiə. Biməhəbbətikə ya əmələl-müştaqin.

Tərcüməsi:

İlahi, bu ayda mənə Öz geniş mərhəmətindən pay ver, Öz açıq-aşkar sübutlarınla yol göstər, Səni razı salacaq bütün şeylərə doğru məni apar, Öz məhəbbətin xatirinə, ey arzusu olanların Pənahı!

Qeyd edək ki, Bakı üçün nəzərdə tutulan oruca başlama (imsaq) və orucu açmaq (iftar) vaxtları Qafqaz Müsəlmaları İdarəsinin rəsmi internet saytından götürülüb.

Oruc tutanlar hər ehtimala qarşı imsaq üçün göstərilən vaxtdan 10 – 15 dəqiqə əvvəl yemək, içmək və s. orucu batil edən əməlləri tərk etməlidir. Belə ki, cədvəllərdə olan fərqlilik bu addımı zəruri hala gətirir.  

0
28