Mədət Quliyev DTX Akademiyasında keçirilən konfransda - FOTO

Mədət Quliyev DTX Akademiyasında keçirilən konfransda - FOTO

Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstəsi qoyublar.

Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Heydər Əliyevin xilaskarlıq missiyası” mövzusunda elmi-praktik konfrans keçirilib.

Bu barədə Oxu.Az-a DTX-nin İctimaiyyətlə Əlaqələr Şöbəsindən bildirilib. 

Məlumata görə, əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstəsi qoyublar. Sonra Akademiyanın akt zalında öz işinə başlayan elmi-praktik konfransda ulu öndərin xatirəsi birdəqiqəlik sükutla anılıb, dövlət himni səsləndirilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev Milli Qurtuluş Günü münasibətilə tədbir iştirakçılarını, o cümlədən Akademiyanın müəllimlərini, dinləyiciləri və kursantları, eləcə də təhlükəsizlik orqanlarının veteranlarını təbrik edib. 

General-leytenant bildirib ki, müasir tariximizdə 15 iyun xalqımızın taleyini, onun gələcəyini müəyyənləşdirən çox əlamətdar bir gündür.

Qeyd olunub ki, bu gün Heydər Əliyevin azərbaycançılıq irsi etibarlı əllərdədir. Müstəqil Azərbaycan Respublikası ülu öndərin göstərdiyi tərəqqi yolunda inamla irəliləyir, dövlətçiliyini qətiyyətlə qoruyur və möhkəmləndirir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda yeni-yeni nailiyyətlər əldə edir.

Bütün bunlar ulu öndərin müəyyən etdiyi və möhtərəm Prezident İlham Əliyev tərəfindən ardıcıl olaraq inamla həyata keçirilən müasirləşmə və yeniləşmə xəttinin möhtəşəm təntənəsidir.

0
23