Centiloni: Əsas məsələ Azərbaycan qazının 2020-ci ilə qədər tədarük edilməsidir

Centiloni: Əsas məsələ Azərbaycan qazının 2020-ci ilə qədər tədarük edilməsidir

“Hazırda bizim üçün yeni üfüqlər açılıb”.

Trans-Adriatik Boru Kəmərinin (TAP) inşası tədarük mənbələrinin diversifikasiyası baxımından yalnız Aİ və Balkan ölkələri üçün deyil, eləcə də İtaliya üçün strateji əhəmiyyətə malikdir. 

Oxu.Az xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər naziri Paolo Centiloni bildirib. 

“Təxminən bir ay öncə Salonikidə layihənin istismara verilməsindən sonra Azərbaycan qazının 2020-ci ilə qədər İtaliyaya tədarükünün təmin edilməsinə dair məqsəd qoyulub”, - Centiloni Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın dördüncü iclası zamanı bəyan edib. 

“Hazırda bizim üçün yeni üfüqlər açılıb”, - deyən nazir əsas məqsədin İtaliyanın “strateji regional tərəfdaşı” hesab edilən Bakının Roma ilə iqtisadi və siyasi münasibətlərinin genişləndirilməsi olduğunu xatırladıb.

0
12