Ledi Qaqa terror aktında ölənlərin xatirəsinə həsr olunmuş aksiyada

Ledi Qaqa terror aktında ölənlərin xatirəsinə həsr olunmuş aksiyada

Tədbir Los-Ancelesdə keçirilib.

Amerikalı müğənni Ledi Qaqa Orlandoda terror aktında ölənlərin xatirəsinə həsr olunmuş aksiyada iştirak edib. 

Oxu.Az xəbər verir ki, bu barədə Just Jared portalında məlumat yer alıb.

Tədbir Los-Ancelesdə keçirilib.

Müğənni aksiyaya toplaşanlar qarşısında çıxış edərək baş verənəri bəşəriyyətə, hər bir kəsə edilən hücum adlandırıb.

Bundan başqa müğənni ölənlərin adlarının yazıldığı siyahını səsləndirib.

Xatırladaq ki, Orlando şəhərində terror aktı iyunun 12-də baş verib. “Pulse” gey-klubunda 50 nəfər atışmanın qurbanı olub, daha 50 nəfərdən çox adam isə müxtəlif dərəcəli xəsarətlər alıb. 5,5 min nəfərin xəasrət alanlar üçün qan verməsi barədə məlumatlar da var. 

Aytən Sadıqzadə

0
29