“İtaliya Azərbaycana ixracı artırmaq istəyir” - Paolo Centiloni

“İtaliya Azərbaycana ixracı artırmaq istəyir” - Paolo Centiloni

“Azərbaycanda İtaliya məhsullarına tələbat artıb”.

APA-nın İtaliya Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, bu barədə İtaliya xarici işlər naziri Paolo Centiloni ötən gün Roma şəhərində keçirilmiş Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 4-cü iclasında çıxışı zamanı deyib.

Ötən il qarşılıqlı ticarət dövriyyəsinin 5 milyard avro olduğunu bildirən italiyalı nazir ölkəsinin Azərbaycana ixracı artırmaq istədiyini, bununla da ticarət dövriyyəsindəki qeyri-tarazlığı aradan götürməyi planlaşdırdığını bildirib: “İki ölkə arasında iqtisadi əməkdaşlıq yalnız enerji sektoru ilə məhdudlaşmamalıdır. Müxtəlif sahələrdə əməkdaşlıq üçün geniş imkanlar var”.

Bundan başqa, Türkiyənin baş naziri Binəli Yıldırım da Rusiyanın Milli Günü münasibətilə rusiyalı həmkarı baş nazir Dmitri Medvedevə təbrik mesajı göndərib.

B.Yıldırım məktubunda qısa zamanda iki ölkə arasındakı əməkdaşlığın yaxşılacağına ümid etdiyini bildirib və rus vətəndaşlarına rifah diləyib.

Qeyd  edək ki, bu təbrik mesajları ilə 2015-ci il noyabrın 24-də Türkiyə hava yollarını pozduğu üçün Rusiya təyyarəsinin vurulmasından sonra Rusiya ilə rəsmi olaraq ilk təmas qurulmuş oldu.

0
36