Peskov: Rusiya öz təhlükəsizliyini qoruyacaq

Peskov: Rusiya öz təhlükəsizliyini qoruyacaq

“Müdafiə Nazirliyimiz bütün bu yerdəyişmələri təhlil edir”.

NATO Şərqi Avropada dörd yeni batalyon yerləşdirərsə, Rusiya öz təhlükəsizliyini qorumaq üçün lazımi tədbirlər həyata keçirəcək. 

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. 

“Müdafiə Nazirliyimiz və müvafiq xidmətlər, təbii ki, sərhədlərimizin yanında xarici silahlı qüvvələrin yerləşməsində dəyişiklikləri izləyir, bütün bu yerdəyişmələri təhlil edir və sözsüz ki, öz funksiyalarının yerinə yetirilməsi üzrə bütün lazımi tədbirləri görür. Bu həm Rusiyanın maraqlarının qorunması, həm də təhlükəsizliyinin təminatıdır”, - Peskov bəyan edib. 

Daha öncə Polşanın Milli Təhlükəsizlik Bürosu Pavel Solox bəyan edib ki, Moskva ilə münasibət NATO-nun Polşanın paytaxtında iyulun 8-9-u keçiriləcək sammitinin birinci gününün mövzularından biri olacaq.

Görüşdə alyansın şərq cinahında, o cümlədən də Polşada NATO-nun iştirakının genişləndirilməsi müzakirə ediləcək. Söhbət dörd batalyonun yerləşdirilməsindən gedir, amma say haqqında məlumat dəqiqləşdirilmir. 

0
20