KİV: İŞİD-in lideri öldürüldü

KİV: İŞİD-in lideri öldürüldü

Əl-Bağdadi aviazərbə nəticəsində ölüb.

“İslam dövləti” terror birləşməsinin rəhbəri Əbu Bəkr əl-Bağdadi ABŞ-ın rəhbərlik etdiyi terror əleyhinə koalisiyanın endirdiyi aviazərbələr nəticəsində ölüb. 

Oxu.Az xəbər verir ki, bu barədə Britaniyanın “Mirror” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, əl-Bağdadi iyunun 10-da Rakkaya vurulan aviazərbələr nəticəsində ölüb. Bununla yanaşı, nəşr qeyd edir ki, İŞİD-in rəhbəri İraqın Mosul şəhərində ölüb. 

İyunun 10-da İraqın “Əs-Sumariya” telekanalı ölkənin Türkiyə ilə sərhədi ərazisində vurulan aviazərbələr nəticəsində əl-Bağdadi və onun ətrafında olan bir neçə adamın yaralandığı barədə məlumat yayıb. 

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya bu məlumatı təsdiqləyə bilməyib. 

0
18