Davudoğlu: Azərbaycana qarşı hər bir təhdid Türkiyəyə də qarşıdır

Davudoğlu: Azərbaycana qarşı hər bir təhdid Türkiyəyə də qarşıdır

“Azərbaycanın haqlı müharibəsinin yanındayıq”.

Biz Minsk qrupunun üzvük, amma 3-5 nəfər işləri öz üzərinə götürdüyü üçün digər üzvlər kənarda qalıb.

Bu barədə Türkiyənin Baş naziri Əhməd Davudoğlu bildirib, Oxu.Az “Türkiye gazetesi”nə istinadən xəbər verir.

Onun sözlərinə görə, həmin 3 ölkədə güclü erməni lobbisi var.

“Dolayısı ilə, burada sabit bir vəziyyətdən söhbət açmaq olmaz. Təbii ki, Türkiyənin yaxud digər ölkələrin məsələyə müdaxiləsini Ermənistan və Rusiya istəmir.

Bu baxımdan Vyanada ATƏT-in məsələyə müdaxiləsi üçün Almaniya ilə birgə təşəbbüslə çıxış etdik. Minsk qrupunun dəyişməsi mövzusu ilə bağlı fikrimiz aydındır.

Yəni, Minsk qrupuna üzv bütün dövlətlər məsələyə müdaxilə etməlidirlər. Biz Azərbaycanın haqlı mübarizəsinin yanındayıq. Azərbaycana qarşı hər bir təhdid Türkiyəyə də qarşıdır”, - deyə, Davudoğlu bəyan edib.

0
29