UEFA-dan RusiyayaSƏRT CƏZA

UEFA-dan RusiyayaSƏRT CƏZA

UEFA Fransada keçirilən futbol üzrə Avropa çempionatında kütləvi iğtişaşlar salan rusiyalı azarkeşlərlə bağlı sərt cəza tədbirləri həyata keçirir. Lent.az-ın məlumatına görə, Rusiya millisinə yarışlardan ertələnmiş diskalifikasiya cəzası verilib. Əgər rusiyalı azarkeşlər xuliqanlıq əməllərini davam etdirərsə, bu ölkənin yığma komandası yarışlardan kənarlaşdırılacaq. Artıq bu gündən qərar qüvvəyə minib və rusiyalı azarkeşlərin davranışı nəzarətə götürülüb.

Qeyd edək ki, UEFA Rusiyanı məlum hadisələrlə bağlı 150 min avro məbləğində cərimə də edib.

0
16