Azərbaycan viza rüsumlarını endirdi

Azərbaycan viza rüsumlarını endirdi

İndiyə qədər birdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün 50 dollar tələb edilib.

Bu gün Milli Məclisin növbədənkənar plenar iclasında “Dövlət rüsumu haqqında" qanuna dəyişiklik müzakirəyə çıxarılıb.

Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, qanun layihəsi barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.

Dəyişiklik Azərbaycanda və Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində verilən birdəfəlik giriş vizaları ilə bağlıdır.

İndiyə qədər birdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün 50 dollar tələb edilib.

Dəyişiklik bu məbləğin 20 dollara endirilməsini nəzərdə tutub.

Digər dəyişiklik turizm vizalarının və şəxsi kontraktla təhsil alan tələbələrin vizalarının rəsmiləşdirilməsi üçün 20 dollar, tranzit vizalarının rəsmiləşdirilməsi üçün birdəfəlik viza üçün 20 dollar, ikidəfəlik tranzit vizası üçün 40 dolların tələb olunması ilə bağlı müddəaların ləğv edilməsi ilə bağlıdır.

Z. Səmədzadə bildirib ki, bütün növ vizaların rəsmiləşdirilməsi üçün vahid rüsum - 20 dollar tələb ediləcək və dəyişikliklərin də əsas mahiyyəti budur.

Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib

0
22