Gömrükdə siqaret əməliyyatı – FOTO

Gömrükdə siqaret əməliyyatı – FOTO

Avtomobillərə baxış keçirilib.

Tovuz və Xaçmaz gömrük idarələrinin əməkdaşları külli miqdarda siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısını alıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, Qazax rayon sakinlərinə məxsus 3 ədəd avtomobilə Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda gömrük baxışı keçirilib. 

“Sınıq Körpü” gömrük postunda yoxlama zamanı avtomobillərdən üzərində aksiz markası olmayan, ümumilikdə 14800 ədəd, Sadıxlı gömrük postunda isə Gürcüstandan Azərbaycana gələn avtomobildən 14000 ədəd siqaret aşkar olunaraq götürülüb.

Xaçmaz Gömrük İdarəsinin əməkdaşları idarəyə daxil olan əməliyyat məlumatı əsasında “Samur” gömrük postunda Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçiriblər. 

Yoxlama zamanı avtomobilin təkərlərinin içindən gömrük nəzarətindən gizlədilmiş 20400 ədəd siqaret aşkar edilərək götürülüb.

Bütün faktlarla bağlı araşdırma aparılır.

0
25