Bakı metrosu yay qrafikinə keçir

Bakı metrosu yay qrafikinə keçir

“İnterval 2,5 dəqiqə olacaq”.

İyunun 22-dən “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (QSC) yay qrafikinə keçir.

Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Oxu.Az-a bildirib ki, yeni qrafikə əsasən, hərəkət cədvəli 24 cüt/saat qatarla olacaq. (Red. “Həzi Aslanov” stansiyasında bir saat ərzində 30 qatar xəttə buraxılır.)

N.Paşayevin sözlərinə görə, qış qrafikində hərəkət cədvəli 30 cüt/saat qatarla idi:

“Həzi Aslanov” – “28 May” stansiyaları arası interval pik saatlarda 2,5 dəqiqə, qeyri-pik saatlarda isə 3 dəqiqə olacaq. “28 May” – “İçərişəhər”, “28 May” – “Dərnəgül” xətlərarası isə interval müvafiq olaraq 5-6 dəqiqə olacaq".

N.Paşayev bildirib ki, qeyri-iş günlərində isə fərqli qrafik tətbiq ediləcək:

“Əvvəllər pik saatlarında qatar 2 dəqiqədən bir xəttə buraxılırdısa, yay qrafikində isə interval 2,5 dəqiqə olacaq”. 

Elvin Əhmədov

0
24