Ərdoğan Putinə məktub yazdı

Ərdoğan Putinə məktub yazdı

“Rusiyalılara rifah və çiçəklənmə arzu edirəm”.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə yazdığı məktubda keçmiş Rusiya günü münasibətilə təbrik edib. 

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, o, təbrik məktubunda Moskva və Ankara arasında münasibətlərin “layiqli səviyyə”də olmasını arzulayıb.  

“Çox hörmətli cənab prezident! Bütün türk xalqı adından sizin simanızda bütün rusiyalıları Rusiya günü münasibəti ilə təbrik edirəm, eləcə də gələcəkdə Rusiya və Türkiyə arasında münasibətlərin layiqli səviyyədə olmasını arzu edirəm”, - agentliyin sərəncamında olan təbrik məktubunun mətnində deyilir.

Türkiyənin Baş naziri Binəli Yıldırım da öz növbəsində Rusiya Nazirlər Kabinetinin rəhbəri Dmitri Medvedevə məktubunda “gələcəkdə ölkələrimiz arasında əməkdaşlıq və münasibətlərin xalqlarımızın ümumi maraqlar üçün lazımi səviyyəyə çatacağına” ümidvar olduğunu bidirib. 

“Sizin simanızda rusiyalılara rifah və çiçəklənmə arzu edirəm”, - Yıldırım yazıb. 

0
18