Gəldilər, gördülər, ayrıldılar

Gəldilər, gördülər, ayrıldılar

“On ildir ki, bir yerdəyik, bir-birimizi çox yaxşı tanıyırıq”.

Rusiyanın məşhur “Zveri” qrupunun pərəstişkarları üçün məyusedici xəbər var.

Oxu.Az Rusiya KİV-nə istinadla xəbər verir ki, qrupun bütün üzvləri artıq gələn aydan kollektivi tərk etmək niyyətindədirlər. Başqa sözlə desək, on beş ildən sonra qrup dağılır. 

Qrupun üç üzvünün iş axtardığını gitaraçı Maksim Leonov bildirib.

Bir neçə həftə ərzində Aleksey Lyubçik, Mixail Krayev və Leonov işsiz qalıb. 

“On ildir ki, bir yerdəyik, bir-birimizi çox yaxşı tanıyırıq. İlk növbədə, daimi iş maraqlıdır”, - deyə Leonov sosial şəbəkədə yazıb. 

Yuxarıda adları çəkilən musiqiçilər qrupu tərk etdikdən sonra “Zveri”nin yaradıcısı və solisti Roman Bilık praktiki olaraq tək qalacaq.

Çox güman ki, o, yeni tərkib yığmalı və ya layihəni tamamilə bağlamalı olacaq. Nəyin baş verdiyini və kollektivin bu qərarının səbəbi hələlik məlum deyil. 

Bu ilin martında işıq üzü görmüş “Straxa net” (“Qorxu yoxdur”) albomu isə onların sonuncu albomdur.

Xatırladaq ki, qrupun üzvləri iyunun 10-da Bakıda konsert proqramı ilə çıxış edib. 

Aytən Sadqızadə

0
17